Rusiyadan iddia: Makron vətəndaşlarından qorunmaq üçün özünə bunker tikdirib
Fransa Prezidenti Emmanuel Makronun gizli bunkeri xarici təhdidlərdən qorunmaq üçün deyil, öz vətəndaşlarından gizlənmək məqsədilə tikilib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasına istinadən məlumat yayıb.
Diplomat bu fikri “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində səsləndirib.
Qeyd edək ki, bundan əvvəl “The Telegraph” qəzeti jurnalistlər Pyer Qastinon, Antuan İzambar və Frank Renonun “Yeni kölgələr ordusu” kitabına istinadən Makronun Parisdən kənarda yerləşən gizli bunkerinin olduğu barədə məlumat yayıb.
13:55 08.11.2026
Oxunuş sayı: 45