Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan
Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
"Zəfərin mübarək olsun, can Azərbaycan!
Qarabağın azadlığına qovuşması ilə tarixə yazılan böyük Zəfər, qardaş Azərbaycanın əzminin, cəsarətinin və vətən sevgisinin rəmzidir. Bu tarixi Zəfərin 6-cı ildönümündə, vətən torpaqları uğrunda can verən əziz şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi minnətdarlıqla yad edirik. Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığı əbədi var olsun.
8 Noyabr Zəfər Günü mübarək olsun!" – paylaşımda qeyd edilib.
14:13 08.11.2026
Oxunuş sayı: 47