Yer kürəsini maqnit qasırğası bürüyür: Geomaqnit aktivliyi güclənəcək
Günəş küləyi axınının Yerə çatması nəticəsində geomaqnit aktivliyi artıb. Sabah maqnit qasırğasının gücünün 5 baladək yüksələcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "UNIAN" məlumat yayıb.
Məlumata görə, hazırda K-indeksi 3 səviyyəsindədir. Lakin sabah geomaqnit aktivliyinin güclənərək 5 bala çatacağı proqnozlaşdırılır.
Mütəxəssislərin bildirdiyinə görə, maqnit qasırğasına həssas insanlar baş ağrısı, halsızlıq, başgicəllənmə və yuxululuq hiss edə bilərlər.
Belə günlərdə daha çox istirahət etmək, otağı mütəmadi havalandırmaq, kofein və alkoqol qəbulunu isə məhdudlaşdırmaq tövsiyə olunur.
17:45 08.11.2026
Oxunuş sayı: 45