Regiondakı reallıqların müəllifi: Qalib Azərbaycan – Zəfərin 6-cı ili
2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixinin şanlı zəfər salnaməsinin başlanğıcıdır. Məhz bu tarixdə Müzəffər Ali Baş Komandan “Əks hücum” tapşırıqları vermiş, zəfərə gedən yolun təməli bu əmrlə qoyulmuşdur. 1991-1994-cü illər ərzində Azərbaycandakı siyasi və hərbi boşluqlardan istifadə edən, xarici qüvvələrdən dəstək alan, iqtisadi zəifliyimizi fürsət bilən və bizim tarixi torpaqlarımzıda mövcud olan mənfur düşmən 20 faiz torpağımızı – Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Xankəndi, Ağdərə, Əsgaran rayonlarımızı işğal etdi.
Təəsüfflər olsun ki, beynalxalq qurumlar bütün bu ədalətsizliklər qarşısında susdu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri formal olaraq qaldı və heç biri icra olunmadı.
30 il müddətində Azərbaycan torpaqlarını zəbt edən, təbii sərvətlərimizi talayan Ermənsitan nə vaxtsa ən böyük ədalət carçısı olan Azərbaycan Dövləti ilə hesabaşacağını unutmuş, qəflət yuxusuna dalmışdı. Lakin sentyabrın 27-si Azərbaycan Silahlı Qüvvələrinin artirelliya qurğularından atılan top səsləri onları bu yuxudan ayıltdı. 30 il ərzində müftə silahlarla ordusnu təchiz edən Ermənistan bir nüansı da unutmuşdu: Azərbaycan bu zaman kəsiyində Ümumilli Lider Heydər Əliyevin təməlini qoyduğu güclü iqtisadi inkişaf strategiyası ilə irəliləmiş, məhz bu iqtisadi uğurları hərbi inkişafa yönəldən Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə sarsılmaz və güclü ordu yaratmış, məğlubedilməzliyinin əsasını möhkəmləndirmişdi.
Məhz həmin ordu müharibənin ilk günlərindən etibarən Azərbaycan xalqına zəfər sevincini bəxş etməyə başladı. Belə ki, rəşadətli Azərbaycan ordusu 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı rayonlarını işğaldan azad etməklə sübut edti ki, Azərbaycan ordusunun məğlub edə bilməyəcəyi qüvvə, Azərbaycan xalqının öhdəsindən gəlməyəcəyi çətinlik, Azərbaycan dövlətinin dəf edə bilməyəcəyi siyasi-diplomatik təyziq yoxdur.
Bu təyziqlərin dəf edilməsinin ən bariz nümunəsi Vətən müharibəsi dövründə 2020-ci ilin 9 oktyabrında keçirilən Moskva danışıqları idi. Yenə atəşkəsin təmin olunacağı və Azərbaycanın əməliyyatları dayandıracağı ümidi ilə danışıqlar masası quran Rusiya və eyni ümidərlə danışıqlara gələn Ermənsitan bu dəfə niyyətinə nail ola bilmədi.
Bəli, bu müddət ərzində Azərbaycana qarşı ciddi siyasi və diplomatik təyziqlər göstərilir, tərəfsizliyin əyani sübutu olmalı olan media qurumları isə qərəzli suallarla Azərbaycanın haqlı mövqeyinə kölgə salmağa çalışırdılar. Lakin cənab Prezident İlham Əliyev istənilən siyasi təyziqi ustalıqla dəf edir, media nümayəndələrinin qərəzli suallarını ən kəskin fakt və arqumentlərlə “zərərsizləşdirirdi”.
Tarixlər 8 noyabr 2020-ci ili göstərdikdə Azərbaycan səmasında başqa bir hava atmosferi yarandı. Zəfər və qalibiyyət qoxulu hava...
Azərbaycan ordusunun igid nəfərləri Şuşa şəhərini işğaldan azad etmişdi.
Əlbəyaxa döyüşlərdə düşmənin əzmini qıran Xüsusi Təyinatlı Qüvvələrimiz dağlar qoynunda yerləşən Şuşa şəhərini mənfur tapdağından azad etdilər.
Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra Ermənistan gedişatdakı “idarəetməni” tamamilə itirməklə yanaşı, əlindəki mövqeləri də 9 və 10 noyabr tarixlərində Azərbaycan ordusunun gücü hesabına təhvil verir.
10 noyabr tarixində isə tab gətirə bilməyən mənfur düşmən Rusiya Federasiyasının vasitəçiliyi ilə kapituliasiya aktına imza atmağa məcbur olur. Bu tarixdən sonra bəyanatın müddəalarına uyğun olaraq Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından: 20 noyabr Ağdamdan, 25 noybar Kəlbəcərdən, 1 dekabr tarixində isə Laçından işğalçı qoşunlarını çıxarır. Vaxtı ilə təcavüzkar hücumla dədə-baba yurdlarından çıxarılan həmvətənlilərimizin övladları bu gün ermənilərin tam təhlükəsiz şəkildə işğal edtiyi ərazilərdən çıxarılmasını təmin edirdilər.
Laçının qaytarılmasından sadəcə 9 gün sonra paytaxt Bakı Azərbaycan Silahlı Qüvvələrnin zəfər yürüşünə sahiblik edirdi. Keçirilən Zəfər paradında düşmənin bizə qarşı istifadə etmək istədiyi, lakin Azərbaycan ordusunun buna imkan tanımadığı, sonra isə savaş qəniməti kimi ələ keçirilən silahlar və zirehli texnikalar nümayiş olunurdu. Hərbi paradı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları ilə birgə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da seyr edirdi. Bu isə bir daha bütün dünyaya qardaşlığımızın sarsılmaz və tükənməz olduğunun əyani göstəricisi idi.
Lakin kapituliasiya aktının imzalanamsından sonra bəyanatın bəzi müddəaları cəmiyyətdə müzakirə məsələsinə çevrildi. 10 noyabr bəyanatında bir güllə belə atılmadan, bir nəfər də olsun şəhid vermədən bizə qaytarılan rayonlar arasında Xankəndi, Xocalı, Xocavənd və Əsgəran rayonları yox idi.
Bu isə təbii ki, Azərbaycanın düşündüyü və stratejik şəkildə verdiyi mühüm qərar idi. Ona görə ki, bu bəyannamənin imzalanması ilə Ermənistan 3 rayonu bir güllə belə atmadan bizə təhlil verir, Ağdamda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi yaradılır və Rusiya Sülhməramlı qüvvələri Laçın dəhlizi istiqamətində Şərq və Qərb uzunluqları üzrə yerləşir. Bu vəziyyəti qısa olaraq təhlil etsək görərik ki, həmin an verilmiş qərar ən düzgün qərar idi.
İlkin məqamda biz hava şəraitini nəzər almalı və regionun mürəkkəb coğrafi şəraitini dəyərləndirməliyik, ikinci məqamda isə bizə sülh yolu qaytarılan Ağdam, Kəlbəcər və Laçının Ermənistanla sərhəd ərazidə yerləşdiyini və bütün mümkün ehtimallarda hərbi təchizat dəstəyi verəcəyini nəzərə almaq lazımdır, digər tərəfdən isə təbii və birmənalı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz iradəsi və məhz Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəranın qaytarılacağına şübhəsinin olmaması idi.
2022-ci ildə “Qisas” əməliyyatları çərçivəsində düşmənə lauiqli cavabı verən Azərbaycan, 2023-cü ilin sentyabrında yenidən tarixə qızıl hərflərlə zəfər yazacaqdı.
Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələri burada terror aktları təşkil edir, ölkədəki asayişi pozmağa və Ermənistanın tapşırıqlarını icra etməyə çalışırdılar. Bu isə məğlub dövlətin rəhbərinin kameralardan gizli şəkildə, zirzəmidə imzaladığı 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən boyun qaçırması demək idi. Lakin əlbəttə Azərbaycan dövləti bunun da cavabını verəcəkdi.
Tarixlər 2023-cü ilin sentyabr ayınının 19-nu göstərdikdə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın əmrinə uyğun olaraq Qarabağda qanunsuz fəaliyyət göstərən və Ermənistanın dəstəklədiyi erməni silahlı birləşmələrini torpaqlarımızıdan tamamilə dəf etmək naminə anti-terror əməliyyatlarına başladılar. Cəmi 23 saat 42 dəqiqə ərzində qanunsuz birləşmələr təslimiyyətlərini elan edərək tərksilah edildilər. Beləliklə, Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəran rayonları da işğaldan azad edildi və bununla da Azərbaycan Respublikasının ərazisində dövlət suverenliyimiz tam şəkildə bərpa edildi.
Bu hadisədən 3 il öncə Bakıda zəfər yürüşü keçirən qalib Azərbaycan ordusu, bu dəfə də Xankəndində düşməni zəfər nidaları ilə bədbəxtliyə qərq etdi.
2023-cü ilin noyabrın 8-də məhz Xankəndində zəfər paradının keçirilməsi bütün dünyaya Azərbaycanın gücünü bir daha göstərmiş, Cənab Prezident İlham Əliyevin Dəmir Yumruğunu Xankəndində sıxması mənfurların axar qanını dondurmuşdu.
Bununla da bütün iddia və lüzumsuz müzakirələri dəf edən İlham Əliyev öz dahiyanə siyasəti ilə Rusiya sülhməramlı kontingentinin Azərbaycan torpaqlarını tərk etməyəcəyi iddialarını da puç edir. Belə ki, bütün şəxsi heyət 2024-cü ilin 12 iyun tarixində Qarabağı tərk edir. Bu da Müzəffər Ali Baş Komandanın diplomatik zəkasının ölçüyəgəlməzliyini özündə təcəssüm etdirir.
2025-ci ilin avqust ayının 8-də isə Amerika Birləşmiş Ştatlarında qalib dövlətin lideri kimi sülhün paraflanmasına - Vaşinqton bəyannaməsinə qol çəkən İlham Əliyev cənabları Ermənistan Baş naziri Nikol Paşıinyanı da bu paraflanmanı imzalamağa məcbur etdi, siyasi iradəsi ilə, diplomatik diktəsi ilə. Məhz ABŞ prezidentinin İlham Əliyevi xüsusi ehtiramla qarşılaması Azərbaycan Prezidentinin qalib lider kimi beynalxalq nüfuzunun göstəricisi idi.
Bu gün isə, 2026-cı ilin 8 noyabrını biz, regionda yeni reallıqlar yaradan və bunu siyasi irdaəsi ilə diktə edən, Cənubi Qafqazda sülhü bərqərar edən bir dövlət kimi müqəddəs və mübarək zəfərimizn 6-cı il dönümünü qeyd edirik.
Müzəffər Ali Baş Komandanın bu gün Xankəndində olması və Dəmir Yumruğunu havada sıxması bir daha onun öz devizinin daimi keçərliliyini sübut edir: Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm.
Azərbaycanın bu günkü beynalxalq nüfuzu və daxili rifah şəraitinin yüksəkliyi bu devizin əbədiliyini bir daha sübut edir.
Zəfərimiz mübarək, qalibiyyətimiz daim olsun!

Turqut Ansari
17:47 08.11.2026
Oxunuş sayı: 43