Sudanda daha bir Çin istehsalı pilotsuz uçuş aparatı vurulub
Sudan ordusuna məxsus “AKINCI” pilotsuz uçuş aparatının ölkənin qərbində, El-Obeid şəhəri yaxınlığında BƏƏ-nin dəstəklədiyi bildirilən RSF qüvvələrinin istifadə etdiyi Çin istehsalı “CH-95” pilotsuz uçuş aparatını vurduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, “Clash Report” bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə El-Obeid şəhərinin qərbində baş verib. Bildirilir ki, bu, Sudan ordusunun həmin ərazidə RSF qüvvələrinə məxsus pilotsuz uçuş aparatını vurması ilə bağlı növbəti hadisədir.
Qeyd edək ki, məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
19:50 08.11.2026
Oxunuş sayı: 36