Netanyahunun rəqibinə hökuməti qurmaq tapşırıldı
İsrail Prezidenti İsxak Hersoq “Yaşar” partiyasının lideri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmaq mandatı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail Prezidentinin rəsmi saytı məlumat yayıb.
Ayzenkot noyabrın 8-də prezident iqamətgahında keçirilən mərasimdə mandatı rəsmən qəbul edib. O, hökuməti formalaşdırmaq üçün 28 gün müddətinə malikdir. Zərurət yaranarsa, prezident bu müddəti daha 14 gün uzada bilər.
Prezidentin siyasi partiyalarla keçirdiyi məsləhətləşmələr zamanı Knessetin 67 üzvünü təmsil edən fraksiyalar Ayzenkotun namizədliyini dəstəkləyib. Baş nazir Benyamin Netanyahu isə 46 deputatın dəstəyini alıb.
Hökumətin formalaşdırılması üçün Knessetin 120 yerindən ən azı 61-nin dəstəyini qazanmaq lazımdır. Lakin Ayzenkotun rəhbərlik etdiyi blokun parlamentdə 48 mandatı var. Buna görə də yeni hökumətin qurulması üçün digər siyasi qüvvələrlə razılıq əldə edilməsi tələb olunur.
19:30 08.11.2026
Oxunuş sayı: 36