Pəhləvi: Totalitar rejimlər əbədi davam edə bilməz
İranın keçmiş şahının oğlu Rza Pəhləvi totalitar rejimlərin gec-tez sona çatacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Rza Pəhləvi bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, totalitar rejimlərin əbədi mövcud ola bilməməsi tarixi reallıqdır. Pəhləvinin sözlərinə görə, bu fikir idealist gözləntiyə deyil, tarixdə baş vermiş real nümunələrə əsaslanır.
19:40 08.11.2026
Oxunuş sayı: 28