Ermənistan parlamentinin spikeri sabiq prezidentləri “əsas düşmənlər” adlandırıb
Ermənistan parlamentinin spikeri Ruben Rubinyan ölkənin sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı Ermənistanın müstəqilliyinin əsas düşmənləri adlandırıb.
Crossmedia.az xəbər verir ki, Ruben Rubinyan bu barədə açıqlama verib.
O bildirib ki, sabiq prezidentlər Ermənistanın müstəqilliyinə qarşı mövqelərini davam etdirirlər. Rubinyanın sözlərinə görə, onların siyasi varisləri də özünün “Kaluqa himayədarları” adlandırdığı qüvvələrin maraqları naminə ölkənin müstəqilliyinə qarşı mübarizə aparırlar.
Spiker əlavə edib ki, bu qüvvələr müstəqil Ermənistana qarşı mübarizədə uğur qazana bilməyəcəklər.
19:58 08.11.2026
Oxunuş sayı: 34