İranda və Hörmüz boğazında bir neçə insident qeydə alınıb
İranın Qeşm adasında və Cask limanında partlayış səsləri eşidilib, eyni zamanda Hörmüz boğazında iki neft tankerinin alovlandığı bildirilib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, noyabrın 7-də İranın cənubundakı Qeşm adasında və Cask limanında partlayış səsləri qeydə alınıb. İran rəsmiləri hadisələrin səbəbini açıqlamayıb və ərazilərə raket zərbələri endirildiyini təsdiqləməyib.
İranın yarırəsmi “Tasnim” agentliyi daha əvvəl Qeşm adasına iki raketin düşdüyünü bildirsə də, bu məlumat müstəqil şəkildə təsdiqlənməyib. Daha sonra agentlikdəki mənbə partlayışların raket zərbələri ilə əlaqəli olmadığını bildirib.
Bundan başqa, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri noyabrın 8-də iki neft tankerinin Hörmüz boğazında mina ilə toqquşduqdan sonra alovlandığını açıqlayıb. Qurum gəmilərin İranın icazə vermədiyi marşrutla hərəkət etdiyini iddia edib.
Tankerələrlə bağlı məlumatların müstəqil təsdiqi yoxdur. Partlayışlarla dəniz insidentləri arasında əlaqənin olub-olmadığı da məlum deyil.
19:48 08.11.2026
Oxunuş sayı: 38