AfD Ukraynasız üçtərəfli sammit keçirmək istəyir
Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyası 2027-ci ilin yazında Rusiya, ABŞ və Almaniya arasında Ukraynanın iştirakı olmadan üçtərəfli sammit təşkil etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Le Monde” nəşri bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Almaniya Kiyevə yardım göstərən ən böyük donor olsa da, AfD Moskva ilə münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin dərhal bərpa edilməsini və Rusiyaya qarşı sanksiyaların qeyd-şərtsiz ləğvini müdafiə edir.
Partiyanın Bundestaqdakı fraksiyası sədrinin müavinlərindən biri Markus Frohnmaier sammitin 2027-ci ilin yazında Əbu-Dabidə keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Görüşdə Rusiya, ABŞ və Almaniyanın iştirakı planlaşdırılır, Ukraynanın isə sammitə dəvət edilməsi nəzərdə tutulmur.
AfD nümayəndələri ABŞ Dövlət Departamentində, Donald Trampın müşavirləri arasında, eləcə də Rusiyanın Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasında yaxşı əlaqələrinin olduğunu iddia edirlər.
21:01 08.11.2026
Oxunuş sayı: 38