Ukrayna Rusiya raketlərini kosmosda zərərsizləşdirmə sistemlərini sınaqdan keçirir
Ukrayna ballistik raketləri Yer atmosferindən kənarda zərərsizləşdirmək üçün nəzərdə tutulan sistemlərin sınaqlarını keçirib.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Məlumata görə, Ukrayna atmosferdənkənar hədəflərin qarşısını almaq üçün nəzərdə tutulan sistemləri artıq üç dəfə sınaqdan keçirib. Bu texnologiyanın əsas hədəflərindən biri Rusiyanın “Oreşnik” ballistik raketidir.
Ukrayna gələcəkdə bu sistemlərin seriyalı istehsalını təşkil etməyi planlaşdırır. Lakin cəbhənin yüksək maliyyə ehtiyacları layihənin həyata keçirilməsini çətinləşdirir.
21:00 08.11.2026
Oxunuş sayı: 43