Fransa Əbu-Dabi danışıqlarında iştirak edəcək
Fransa Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlara qatılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama verib.
Nazir bildirib ki, Avropa ölkələri danışıqlarda lazımi səviyyədə təmsil olunacaq və Fransa da müzakirələrə nümayəndə göndərəcək. Bununla belə, Barro ölkəsini danışıqlarda kimin təmsil edəcəyini hələ açıqlaya bilməyib.
“Avropalılar layiqli şəkildə təmsil olunacaqlar. Fransa bu müzakirələrdə iştirak etmək üçün Əbu-Dabiyə gələcək”, – deyə o bildirib.
21:13 08.11.2026
Oxunuş sayı: 54