Berlində siyasi aksiya: Dövlət bayrağı endirilib
Almaniyanın paytaxtı Berlində Reyxstaq binası qarşısında dövlət bayrağı endirilərək yerinə Fələstin bayrağı qaldırılıb. Hadisə ilə əlaqədar üç fəal saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Peacefully Against Genocide” hərəkatı bu barədə məlumat yayıb.
Polisin saxladığı üç nəfərin hamısının Almaniya vətəndaşı olduğu və immiqrasiya keçmişinin olmadığı bildirilir.
Aksiyaya görə məsuliyyəti üzərinə götürən “Peacefully Against Genocide” özünü zorakılıqsız vətəndaş müqaviməti hərəkatı kimi təqdim edir.
Təşkilat Almaniyanın İsrailə silah tədarükünə qarşı çıxır və Almaniya hökumətini fələstinlilərə qarşı törədilən cinayətlərdə iştirakda ittiham edir.
Hərəkat ənənəvi nümayişlərlə yanaşı, vətəndaş itaətsizliyi aksiyaları da keçirir.
20:40 08.11.2026
Oxunuş sayı: 48