Britaniya və Avropa ölkələri hərbi-dəniz ittifaqı yaradacaq
Böyük Britaniya və bir sıra Avropa ölkələri Rusiya sualtı qayıqlarına qarşı mübarizə məqsədilə hərbi-dəniz ittifaqı yaradacaq.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Britaniya Baş Qərargah rəisi Riçard Naytonun sözlərinə görə, ölkələr Şimali Atlantika, Arktika və Baltik dənizində birgə müdafiəni gücləndirəcəklər. Əməkdaşlığın əsas məqsədi müharibə baş verəcəyi təqdirdə Rusiya sualtı qayıqlarının gəmiçiliyə təhlükə yaratmasının qarşısını almaqdır.
Hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı sazişin çərşənbə axşamı Britaniyanın “HMS Prince of Wales” aviadaşıyıcısında imzalanması planlaşdırılır.
20:47 08.11.2026
Oxunuş sayı: 53