Ukraynanın Abu-Dabi danışıqlarına qatılacaq heyəti açıqlanıb
Ukraynanın Abu-Dabidə keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, “RBC-Ukrayna” bu barədə məlumat yayıb.
Nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edəcək. Danışıqlarda Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa və Vadim Skibitski də iştirak edəcəklər.
Hərbi məsələlər üzrə danışıqları Andrey Qnatov Vadim Skibitski ilə birlikdə əlaqələndirəcək.
Abu-Dabidə Avropa ölkələrinin nümayəndələrinin də iştirakı gözlənilir. Onlarla ayrıca danışıqlar formatlarının keçirilməsi nəzərdə tutulur.
20:30 08.11.2026
Oxunuş sayı: 46