Avropa Əbu-Dabi danışıqlarına qatılacaq
Avropa ölkələrinin nümayəndələri noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Rusiya, ABŞ və Ukrayna arasındakı danışıqlarda iştirak edəcəklər.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Fransa da müzakirələrdə iştirak etmək üçün Əbu-Dabiyə nümayəndə göndərəcək. Lakin o, ölkəni danışıqlarda kimin təmsil edəcəyini hələ açıqlaya bilməyib.
“Avropalılar layiqli səviyyədə təmsil olunacaqlar. Fransa bu müzakirələrdə iştirak etmək üçün Əbu-Dabiyə gələcək”, – nazir bildirib.
Barro qeyd edib ki, Avropa ölkələri qitənin gələcəyinə dair müzakirələrdə öz mövqelərinin nəzərə alınmasını vacib hesab edirlər.
21:15 08.11.2026
Oxunuş sayı: 53