İran XİN rəhbərindən ABŞ-yə seçim çağırışı
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ administrasiyasını müharibənin dayandırılması ilə bağlı təklifə əməl etməyə çağırıb və əks halda hərbi qarşıdurmanın davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, Abbas Əraqçı bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, Amerika seçiciləri öz seçimlərini ediblər və indi növbə Ağ Evindir. Onun sözlərinə görə, İranın iki günlük təklifi qüvvədədir. Təklifin şərtlərinə bütün cəbhələrdə müharibənin dayandırılması da daxildir.
Əraqçı qeyd edib ki, bu tələblər yerinə yetirilərsə, nəticə əldə etmək mümkün olacaq. Əks halda isə İranın döyüşə hazır qüvvələrinin hərbi əməliyyatlara cavab verəcəyini bildirib.
21:30 08.11.2026
Oxunuş sayı: 39