Ər-Riyadda raket hücumundan sonra “Saudi Aramco”nun binası zədələnib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda raket hücumu zamanı “Saudi Aramco” şirkətinin inzibati binasına ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi binaya düşən raket qalıqlarının məhdud ziyana səbəb olduğunu bildirib. “Aramco Tower” binasının bir neçə mərtəbəsində pəncərələr sınıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Hadisədən əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndəki husilərin Ər-Riyad istiqamətində buraxdığı iki raketin qarşısının alındığını açıqlayıb. Koalisiya daha sonra Ər-Riyadda və ölkənin cənub bölgəsində iki qanadlı raketin də ələ keçirildiyini bildirib.
21:37 08.11.2026
Oxunuş sayı: 39