Kiyevdə yerüstü nəqliyyat pulsuz ola bilər
Kiyevdə metroda nasazlıq və ya Dnepr çayı üzərindəki körpülərdə yaranan problemlər zamanı yerüstü ictimai nəqliyyatda gediş haqqının ləğvi təklif olunur.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə açıqlama verib.
Zelenski hökumətə metro fəaliyyətində fasilələr və ya Dnepr üzərindəki körpülərlə bağlı problemlər yaranacağı təqdirdə şəhər nəqliyyatının fasiləsiz və əlçatan fəaliyyətini təmin edəcək tədbirlər hazırlamağı tapşırıb.
O, Baş nazirə Kiyevdə yerüstü ictimai nəqliyyatdan pulsuz istifadə proqramının hazırlanmasını və şəhər üçün kifayət qədər avtobus ehtiyatının yaradılmasını həvalə edib.
21:48 08.11.2026
Oxunuş sayı: 48