Dmitriyev Zelenskini Trampa və sülhə qarşı çıxmaqda ittiham edib
Ukrayna Prezidenti Volodimir Zelenski hər zaman ABŞ Prezidenti Donald Trampa və sülh təşəbbüslərinə qarşı olub.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bu barədə sosial şəbəkədəki paylaşımında yazıb.
Dmitriyevin sözlərinə görə, Zelenski əvvəllər bu mövqeyini daha yaxşı gizlədib.
O, ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinin müharibənin davam etdirilməsində maraqlı olan qüvvələrin müqavimətinə baxmayaraq uğur qazanacağını bildirib.
21:26 08.11.2026
Oxunuş sayı: 46