bini geçti. İsrailin Qəzzaya hücumu nəticəsində 2 nəfər ölüb
İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində biri qadın olmaqla 2 nəfər ölüb, çox sayda insan yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Xan Yunisin qərbində bir qrup fələstinlini PUA vasitəsilə hədəfə alıb. Hücum nəticəsində iki nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Qeyd edək ki, 2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağına hücumlarını davam etdirir.
Qəzza Səhiyyə Nazirliyinin son məlumatına görə, atəşkəsin başlanmasından sonra İsrailin hücumları nəticəsində 1610 nəfər ölüb, 5819 nəfər yaralanıb.
2023-cü ilin oktyabrından bəri Qəzza zolağına həyata keçirilən hücumlar nəticəsində ümumilikdə ölənlərin sayı 74 mini, yaralananların sayı isə 175 mini ötüb.
23:10 08.11.2026
Oxunuş sayı: 71