Tramp: ABŞ daha güclü qayıdacaq
ABŞ Prezidenti Donald Tramp ölkəsinin son seçkilərin nəticələrindən sonra geri addım atdığını, lakin daha güclü şəkildə yenidən irəliləyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, son seçkilərin nəticələri ABŞ-ın tarixində böyük geriləməyə səbəb olub. Trampın sözlərinə görə, onun prezidentliyi dövründə sürətlə yüksələn fond bazarı bir gün ərzində 3 trilyon dollar itirib.
ABŞ Prezidenti narahatlığa əsas olmadığını vurğulayaraq ölkəsinin əvvəlkindən daha güclü şəkildə geri dönəcəyini qeyd edib.
10:49 09.11.2026
Oxunuş sayı: 24