COP31 Türkiyədə fəaliyyətə başlayıb
BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) Türkiyənin Antalya şəhərində işə başlayıb. Tədbirdə 102 ölkənin liderinin və 300-dən çox nazirin iştirakı təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin dövlət televiziyası “TRT Haber” məlumat yayıb.
12 gün davam edəcək konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olan 196 ölkənin və Avropa İttifaqının nümayəndələri iştirak edəcək.
Noyabrın 11–12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə dünya liderlərinin sammiti keçiriləcək.
10:56 09.11.2026
Oxunuş sayı: 184