Le Pen Fransiyanı dünyanın ən az irqçi ölkəsi adlandırıb
Fransalı siyasətçi Marin Le Pen ölkəsində ayrı-seçkiliyin olmadığını iddia edərək Fransanın dünyanın ən az irqçi ölkəsi olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
“60 Minutes” proqramına müsahibəsində Le Pen əcnəbilər arasında işsizliyin yüksək olmasının səbəbinin irqçilik və ayrı-seçkiliklə bağlı olmadığını deyib.
O, Fransada ayrı-seçkiliyin mövcud olmadığını vurğulayaraq ölkəsini dünyanın ən az irqçi dövləti kimi xarakterizə edib.
11:45 09.11.2026
Oxunuş sayı: 35