Azərbaycanda dərman istehsalı 60 faizdən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda emal sənayesində 32,9 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,4% çoxdur.
Həmin dövrdə 21,7 milyon manat dəyərində dərmanlar, 4,2 milyon ədəd tibbi maska istehsal edilib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında ərzində ölkə əhalisi əczaçılıq məhsularına və tibbi ləvazimatlara 1,4 milyard manat vəsait xərcləyib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 21,5 faiz çoxdur.
11:50 09.11.2026
Oxunuş sayı: 42