anlaşıqlı et Finlandiya və Norveç Putinlə birbaşa görüş keçirməyi təklif edir
Finlandiya və Norveç liderləri Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqların aparılmasının tərəfdarıdır. Bu təşəbbüsün məqsədi Ukrayna ilə bağlı danışıqlarda Avropanın rolunu gücləndirmək və ABŞ Prezidenti Donald Trampın təsirini azaltmaqdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Avropanın Ukrayna məsələsində danışıqlar prosesində yenidən fəal iştirak etməsinin vacibliyini vurğulayıblar.
Bu qərarın səbəblərindən biri Avropanın Vaşinqtonun qitənin və Ukraynanın maraqlarını müdafiə edəcəyinə inamının azalmasıdır.
Avropalı yüksək vəzifəli rəsmilərdən biri bildirib ki, Vladimir Putinlə danışan yeganə Qərb liderinin Donald Tramp olması arzuolunan deyil.
Qeyd edək ki, Finlandiya və Norveç liderləri oktyabrın 27-də Rusiya Prezidenti ilə telefon danışığı aparıblar.
12:33 09.11.2026
Oxunuş sayı: 35