Demokratlar Pit Heqsetin vəzifədən uzaqlaşdırılmasını istəyir
ABŞ Konqresinin hər iki palatasında çoxluğu əldə edəcəyi təqdirdə Demokratlar müdafiə naziri Pit Heqset barəsində impiçment proseduruna başlamağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasında Demokratlar fraksiyasının rəhbəri Hakim Ceffris açıqlama verib.
Onun sözlərinə görə, Demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə etdikdən sonra Heqsetin impiçmenti məsələsini gündəmə gətirəcəklər.
Qeyd edək ki, hazırkı Nümayəndələr Palatasında Hakim Ceffris azlıqda olan Demokratlar fraksiyasına rəhbərlik edir.
12:29 09.11.2026
Oxunuş sayı: 33