Ukrayna PUA-ları Rusiyanın iri neft emalı zavodlarından birini vurub
Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın Leninqrad vilayətində yerləşən iri neft emalı zavodlarından birinə zərbə endirib. Hadisə nəticəsində güclü partlayışlar baş verib və yanğın başlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, zərbələr gecə saatlarında Kirişi şəhərində yerləşən neft emalı zavoduna endirilib.
Məlumata görə, hücumdan sonra zavod ərazisində partlayışlar və yanğın müşahidə olunub.
12:21 09.11.2026
Oxunuş sayı: 40