Amsterdamda 200 mindən çox insan Fələstinə dəstək aksiyasına qatılıb
Niderlandın paytaxtı Amsterdamda 200 mindən çox insan Fələstinə dəstək məqsədilə nümayiş keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları Niderland hökumətindən İsrailə qarşı ticarət sanksiyalarının sərtləşdirilməsini, silah satışının dayandırılmasını və İsrailin Qəzzadakı hərəkətlərinin soyqırımı kimi tanınmasını tələb ediblər.
Nümayişçilər hökuməti İsrailə münasibətdə daha sərt mövqe tutmağa çağırıblar.
12:25 09.11.2026
Oxunuş sayı: 54