Merts Putinlə görüşməkdən yayınmayacağını açıqladı
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinlə gec-tez danışıqlar aparmalı olacağını bildirib. O, Putinin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə G20 sammitinə qatılacağı təqdirdə onunla görüşməkdən yayınmayacağını vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Merts mümkün görüşlə bağlı açıqlama verib.
Kanslerin sözlərinə görə, Rusiya Prezidenti ilə danışıqlar aparmaq zərurəti gec-tez yaranacaq və o, belə bir fürsətdən qaçmaq niyyətində deyil.
12:17 09.11.2026
Oxunuş sayı: 40