Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?
Finlandiya Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və digər maneələrdən ibarət müdafiə xətti inşa etməyi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Finlandiya Quru Qoşunlarının komandanı, general-leytenant Passi Vəliməki açıqlama verib.
Onun sözlərinə görə, Finlandiya hərbçiləri Ukrayna müharibəsində tətbiq olunan istehkam təcrübəsini öyrənir və bu üsulları ölkənin şimal iqliminə uyğunlaşdırmağı planlaşdırırlar.
Qeyd edək ki, Finlandiya ilə Rusiya arasındakı sərhədin uzunluğu 1340 kilometrdir. Bu məsafə NATO-nun Rusiya ilə ümumi quru sərhədinin təxminən yarısını təşkil edir.
General bildirib ki, Moskva müharibəyə baxmayaraq hərbi potensialını sürətlə bərpa edir. Rusiyanın hərbi bazalarına yeni “T-90” tankları, “BMP-3” zirehli maşınları və özüyeriyən artilleriya qurğuları daxil olur.
Vəliməkinin sözlərinə görə, Helsinkinin əsas məqsədi mümkün hücumun uğursuz olacağını nümayiş etdirmək və ölkənin müdafiə qabiliyyətini gücləndirməkdir.
12:40 09.11.2026
Oxunuş sayı: 39