Tramp: ABŞ pilotları F-22 qırıcılarını geridə qoyan naməlum obyektlər görüblər
ABŞ hərbi pilotları F-22 qırıcılarından üç dəfə sürətlə hərəkət edən naməlum uçan obyektlər müşahidə ediblər. Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Ross Daudtla müsahibəsində danışıb.
Onun sözlərinə görə, amerikalı hərbi pilotlar ilk prezidentlik dövründə və ikinci müddətində Ağ Evdə keçirilən görüşlər zamanı bu müşahidələr barədə ona məlumat veriblər.
Tramp pilotları ciddi və etibarlı insanlar kimi xarakterizə edib, onların sui-qəsd nəzəriyyələrinə meyilli olmadıqlarını bildirib.
ABŞ Prezidenti özü isə naməlum uçan obyektlər mövzusuna skeptik yanaşdığını vurğulayıb. O, pilotlardan birinin danışdığı hadisəyə cavab olaraq bunun kometa ola biləcəyini ehtimal etdiyini söyləyib.
12:49 09.11.2026
Oxunuş sayı: 45