Rusiya və Ermənistan mediasına əməkdaşlıq çağırışı
Rusiya və Ermənistan mediasında keyfiyyətli və müsbət məzmunun yayılması iki ölkə və xalq arasında yaxınlaşmaya kömək edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin müşavir-elçisi Dmitri Litskay İrəvanda keçirilən III Rusiya-Ermənistan Media Forumunda bildirib.
Diplomatın sözlərinə görə, media sahəsində sürətli dəyişikliklər fonunda gənc jurnalistlərin və gənclər mediasının üzərinə mühüm vəzifələr düşür. Onlar müasir platformalardan istifadə edərək iki ölkədə baş verənlər barədə obyektiv məlumat yaymalı və birgə layihələrin inkişafına töhfə verməlidirlər.
Litskay forumun üçüncü dəfə keçirilməsinin bu platformaya tələbatın olduğunu göstərdiyini vurğulayıb. O, tədbirin inkişaf etməyə və yeni iştirakçıları cəlb etməyə davam etdiyini qeyd edib.
13:36 09.11.2026
Oxunuş sayı: 42