Trampın qarşısında İran, Ukrayna və Çinlə bağlı çətin vəzifələr dayanır
ABŞ Prezidenti Donald Tramp respublikaçıların aralıq seçkilərində məğlubiyyətindən sonra siyasi qərarlarında daha ciddi maneələrlə üzləşəcək. Onun fəaliyyət imkanları xeyli məhdudlaşıb və qarşıdakı dövrdə Konqresdə demokratların çoxluğu ilə hesablaşmalı olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg”in şərhçisi Hal Brands Trampın prezidentliyinin son iki ilində dünya siyasətinə təsir göstərə biləcək əsas çağırışları təhlil edən məqaləsində yazıb.
Müəllif Trampın qarşısında beş əsas vəzifənin dayandığını qeyd edib. Bunlara İranla müharibənin başa çatdırılması, Ukraynada sülhün əldə olunması, ABŞ-nin Qərb yarımkürəsində təsirinin gücləndirilməsi, Çinlə rəqabət və süni intellekt sahəsində yarış daxildir.
Brands Trampın Ukrayna siyasətini xüsusilə sərt tənqid edib. Onun fikrincə, ABŞ prezidenti Ukraynanın Rusiyanın neft emalı zavodlarına uzaqmənzilli zərbələrini məhdudlaşdırmağa çalışır, eyni zamanda Moskva ilə iqtisadi razılaşmalar əldə edir. Bu yanaşma Vladimir Putinin Vaşinqtonun sonda Kiyevi güzəştə getməyə məcbur edəcəyinə inamını gücləndirir.
Bloomberg şərhçisi bunun əvəzinə Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasını, Ukraynanın uzaqmənzilli zərbələrinin dəstəklənməsini və Avropa ilə daha sıx əməkdaşlığı təklif edir.
Məqalədə vurğulanır ki, Tramp hələ də dünya siyasətinin gedişatını dəyişmək imkanına malikdir. Lakin bundan sonra onun qərarları ABŞ daxilində daha ciddi müqavimətlə qarşılaşacaq.
13:35 09.11.2026
Oxunuş sayı: 47