Rusiya “Geran-5” pilotsuz uçuş aparatının yeni modifikasiyasından istifadə etməyə başlayıb
Rusiya artıq uçuş xüsusiyyətlərinə görə qanadlı raketə yaxınlaşan “Geran-5” pilotsuz uçuş aparatının yeni modifikasiyasını tətbiq edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Kəşfiyyatın məlumatına görə, aparat saatda 1000 kilometrədək sürət yığa, 1000 kilometr məsafə qət edə və 90 kiloqram partlayıcı maddə daşıya bilir.
“Geran-5”in elektron komponentlərinin 93-ü araşdırılıb. Onlardan 52-nin ABŞ istehsalçılarına, 10-nun Çinə, daha 10-nun isə İsveçrəyə aid olduğu müəyyən edilib.
13:22 09.11.2026
Oxunuş sayı: 43