Peskov: Əbu-Dabidə danışıqlar Rusiya və Ukrayna arasında aparılacaq
Əbu-Dabidə keçiriləcək danışıqlarda Rusiya və Ukrayna tərəfləri iştirak edəcək, ABŞ isə vasitəçilik edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Avropa ölkələrinin danışıqlarda iştirakının mümkünlüyü ilə bağlı suala cavabında bildirib ki, görüş Rusiya və Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə keçiriləcək.
15:19 09.11.2026
Oxunuş sayı: 39