İran: ABŞ hərbçiləri “Tramp marşrutu”nda yerləşdirilməyəcək
Ermənistan tərəfi “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi zamanı ABŞ hərbçilərinin həmin ərazidə yerləşdirilməyəcəyinə İranı əmin edib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Bəqayi bildirib ki, Ermənistan tərəfi layihənin sərhədlərin və regionun geosiyasi konfiqurasiyasının dəyişməsinə səbəb olmayacağını, tikinti işlərinin erməni şirkətləri tərəfindən aparılacağını və ərazidə ABŞ hərbçilərinin yerləşdirilməyəcəyini bəyan edib.
Diplomat əlavə edib ki, buna baxmayaraq, Tehran ABŞ da daxil olmaqla, xarici qüvvələrin mümkün dağıdıcı addımlarından irəli gələn riskləri nəzərə almalıdır.
15:08 09.11.2026
Oxunuş sayı: 41