Elon Mask: Gələcəkdə hər kəs son dərəcə yüksək gəlir əldə edə bilər
Elon Mask süni superintellektin gələcəkdə insanların bütün ehtiyaclarını ödəyəcəyini və hər kəs üçün yüksək gəlir, eləcə də daha keyfiyyətli tibbi xidmət imkanları yaradacağını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İlon Maskın açıqlaması yayılıb.
Onun sözlərinə görə, gələcəkdə hər kəs universal yüksək, hətta son dərəcə yüksək gəlir əldə edə biləcək. Tibbi xidmətlər isə hazırda Yer kürəsində mövcud olan ən yaxşı səhiyyə imkanlarından da üstün olacaq.
Mask qeyd edib ki, rəqəmsal superintellekt insanların istəklərini, o cümlədən qala kimi mürəkkəb layihələri belə əlavə iş kimi həyata keçirə biləcək.
15:55 09.11.2026
Oxunuş sayı: 46