İspaniya TikTok-un fəaliyyətini dayandıra bilər
İspaniya hökuməti platformada uşaqlara qarşı seksual istismar materiallarının yayılması ilə bağlı TikTok-un ölkədəki xidmətlərini dayandırmağı nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “El País” nəşri bu barədə məlumat yayıb.
Gənclər və Uşaqlar naziri Sira Reqo 35 gün davam edən araşdırmanın nəticələrindən sonra TikTok barəsində cinayət araşdırmasının başlanması üçün prokurorluğa müraciət edib.
Araşdırma zamanı platformada uşaqlara qarşı seksual istismarı əks etdirən 1 183 video aşkarlanıb. Həmin videolar ümumilikdə 48 milyon dəfə izlənilib. Bundan başqa, potensial hüquqpozuntusu törədən şəxslərlə əlaqələndirilən 26 mindən çox hesab müəyyən edilib.
Araşdırmaçılar TikTok-a qanunsuz məzmun daşıyan 50 video barədə məlumat versələr də, şirkət onlardan yalnız beşini silib.
16:28 09.11.2026
Oxunuş sayı: 43