Ərdoğan: Trampa İranla bağlı narahatlığımızı çatdırdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla bağlı narahatlıqlarını ABŞ Prezidenti Donald Trampa çatdırdığını və sülhün təmin olunması üçün diplomatik təşəbbüslərə qoşulmağa hazır olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə açıqlama verib.
“Trampa narahatlıqlarımızı çatdırdım. Sülh və diplomatiya qapısının açılması üçün təşəbbüs göstərməyə hazır olduğumuzu bildirdik.
Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və region olaraq təhlükəli həddən geri çəkilə biləcəyik”, – deyə Türkiyə Prezidenti qeyd edib.
16:37 09.11.2026
Oxunuş sayı: 30