Tanınmış astrofizik Tramp administrasiyasının siyasətinə görə ABŞ-dən gedib
Amerikalı astrofizik Kelli Holi-Bokelmann Donald Tramp administrasiyasının maliyyələşmə siyasəti və müxtəliflik proqramlarına qoyulan məhdudiyyətlər səbəbindən tədqiqat fəaliyyətində çətinliklərlə üzləşdikdən sonra ABŞ-ni tərk edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Vanderbilt Universitetində çalışan alim Niderlandda yerləşən kosmik tədqiqat laboratoriyasında fəaliyyətini davam etdirmək qərarına gəlib.
Məlumata görə, ABŞ-də qrant maliyyələşməsi ilə bağlı təhdidlər və müxtəliflik proqramlarına qoyulan qadağalar onun qravitasiya dalğaları üzrə tədqiqatlarına mənfi təsir göstərib.
16:40 09.11.2026
Oxunuş sayı: 38