Fransadakı iğtişaşlar sosial mediada informasiya kampaniyasına çevrilib
Avropa İttifaqının daxili qiymətləndirməsinə əsasən, gizli Rusiya şəbəkəsi Fransada baş verən iğtişaşlara görə məsuliyyəti nəzarətsiz miqrasiyanın üzərinə atmaq üçün sosial mediada kampaniya aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ-nin daxili hesabatında məlumat verilib.
Hesabatda qeyd olunur ki, şəbəkə sosial platformalarda yayılan paylaşımlar vasitəsilə Fransadakı hadisələri ölkədə miqrasiya siyasəti ilə əlaqələndirməyə çalışıb. Bu yolla ictimai rəydə müəyyən mövqe formalaşdırmaq və iğtişaşların səbəbləri barədə təsəvvürə təsir göstərmək hədəflənib.
16:46 09.11.2026
Oxunuş sayı: 49