ABŞ Dəniz Piyadaları Korpusu 40 amfibiya döyüş gəmisi tələb edir
ABŞ Dəniz Piyadaları Korpusu eyni vaxtda üç Amfibiya Hazırlıq Qrupunu Dəniz Piyadaları Ekspedisiya Bölmələri ilə birlikdə əməliyyat bölgələrində saxlamaq üçün 40 amfibiya döyüş gəmisinə ehtiyac duyduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun məlumatında bildirilib.
Hazırda korpusun sərəncamında 31 belə gəmi var. Yeni tələb mövcud donanmanın daha 9 gəmi ilə artırılmasını nəzərdə tutur.
17:00 09.11.2026
Oxunuş sayı: 39