Avropada “Patriot” raketlərinin ehtiyatı minimuma enib
Avropa ölkələrinin PAC-2 və PAC-3 “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raket ehtiyatları kritik dərəcədə azalıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, Avropa müttəfiqləri ABŞ-dan yeni tədarüklərlə bağlı etibarlı təminat almadan Ukraynaya əlavə raket göndərməkdə tərəddüd edirlər.
Agentliyin bildirdiyinə görə, vəziyyətin yaxşılaşması üçün təxminən bir il gözləmək lazım gələ bilər. Almaniyada istehsalı sifariş edilmiş 600 ədəd PAC-2 raketinin 2027–2028-ci illərdə Ukraynaya çatdırılması planlaşdırılır. Bundan başqa, Polşada PAC-3 raketlərinin birgə istehsalı ilə bağlı razılaşma əldə olunub.
17:10 09.11.2026
Oxunuş sayı: 44