Heqsethin zabitlərin təyinatına müdaxilə etdiyi iddia olunur
ABŞ-nin müdafiə naziri Pete Hegsethin bəzi yüksək rütbəli hərbçilərin vəzifədə irəliləməsinə müxtəlif səbəblərlə mane olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, “MS NOW” bu barədə məlumat yayıb.
Məlumata görə, Hegsethin ofisi zabitlərin müxtəliflik təşəbbüslərində iştirakı, COVID-19 peyvəndləmə tədbirlərindəki fəaliyyəti, Əfqanıstandan təxliyə prosesi və ya Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Mark Milley ilə əlaqələri əsasında onların irəli çəkilməsinə mane olub.
Yüksək vəzifəli bir rəsminin sözlərinə görə, Hegsethin ofisi internet axtarışlarının nəticələrindən istifadə edərək, artıq peşəkar göstəricilər əsasında seçilmiş zabitləri müəyyənləşdirib. Bu prosesin qadınlara və azlıq qruplarına mənsub hərbçilərə qeyri-mütənasib təsir göstərdiyi bildirilir.
Məlumatda qeyd olunur ki, briqada generalı rütbəsinə yüksəldilməsi nəzərdə tutulan 31 zabitdən 9-nun irəli çəkilməsi dayandırılıb.
Rəsmi bu yanaşmanı şərh edərkən bildirib ki, seçim prosesinə başqa meyarların daxil edilməsi peşəkarlıq prinsipindən uzaqlaşmağa səbəb olur.
Pentaqon isə Hegsethin qərarlarını müdafiə edib. Qurum nazirin orduda döyüşçü ruhunu bərpa etdiyini və vəzifəyə yüksəlişlərin yalnız xidmət və peşəkarlıq əsasında həyata keçirilməsini təmin etdiyini bəyan edib.
17:05 09.11.2026
Oxunuş sayı: 44