Mike Hakabi: Yəhudi olmaq üçün xristianlıqla əlaqəyə ehtiyac yoxdur
ABŞ-nin İsraildəki səfiri Mike Hakabi bildirib ki, yəhudi kimliyi xristianlıqla hər hansı əlaqədən asılı deyil.
Crossmedia.az xəbər verir ki, səfir bu barədə açıqlama verib.
Hakabi qeyd edib ki, insan xristianlıqla heç bir əlaqəsi olmadan da yəhudi ola bilər. Onun sözlərinə görə, xristian inancı isə İbrahim, İshaq və Yaqubun Tanrısına, eləcə də yəhudi xalqına verilmiş dini vəhyə əsaslanır.
Səfir vurğulayıb ki, onun xristian inancı yəhudi xalqının həyatı, qanunları və dini ənənələri ilə bağlı təməl üzərində qurulub.
17:15 09.11.2026
Oxunuş sayı: 46