Türkiyədə Mustafa Sarıgüllə bağlı istintaq materialları Ankaraya göndərilib
Türkiyədə deputat Mustafa Sarıgül barəsində irəli sürülən bir sıra iddialarla bağlı hazırlanmış istintaq materialları səlahiyyətsizlik qərarı əsasında Ankaraya göndərilib.
Crossmedia.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu bu barədə məlumat yayıb.
Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış deputatı Mustafa Sarıgüllə bağlı dosye Ankara Baş Prokurorluğuna göndərilib.
Materiallarda cinayətkar təşkilat yaratmaq, uşağa qarşı cinsi istismar və ağırlaşdırıcı hallarla müşayiət olunan cinsi təcavüz də daxil olmaqla bir sıra iddialar yer alır.
Qeyd edək ki, materialların Ankaraya göndərilməsi həmin iddiaların təsdiqlənməsi demək deyil. İş üzrə araşdırmanın davam etdirilməsi nəzərdə tutulur.
17:28 09.11.2026
Oxunuş sayı: 40