Tramp: Müharibədən sonra Ukrayna fərqli formaya düşəcək
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatmasından sonra Ukraynanın ərazi və ya siyasi baxımdan dəyişə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində müsahibəsində münaqişənin səbəbləri və həlli ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, müharibə başa çatdıqdan sonra Ukrayna “bir qədər fərqli formaya düşəcək”. Məlumat yayılan vaxtadək Kiyev bu açıqlamaya münasibət bildirməyib.
Kremlin sözçüsü Dmitri Peskov isə Ukraynanın coğrafi baxımdan artıq fərqli ölkə olduğunu deyib və “yerdəki reallıqların aydın olduğunu” vurğulayıb.
Məlumatda müsahibənin CBS telekanalının “60 Minutes” proqramına verildiyi, Peskovun açıqlamasının isə 9 noyabr tarixində yayımlandığı dəqiqləşir.
17:41 09.11.2026
Oxunuş sayı: 39