Keçmiş rusiyalı general Putinin Ukrayna strategiyasını tənqid edib
Rusiya Silahlı Qüvvələrinin istefada olan general-polkovniki Leonid İvaşov Vladimir Putinin Ukrayna müharibəsinin xarakterini düzgün qiymətləndirmədiyini və artıq məğlub olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, İvaşov Putinə müraciətində müharibənin qısa müddətli hərbi əməliyyat olmayacağını əvvəlcədən görə bilmədiyini bildirib.
“Uduzdunuz, heç nəyi əvvəlcədən görə bilmədiniz. Müharibənin asan əməliyyat olmayacağını anlamaq üçün kifayət qədər düşünmədiniz: ora girib, harasa zərbə vurub, bununla da qələbə qazanacağınızı düşünürdünüz”, – deyə İvaşov qeyd edib.
17:48 09.11.2026
Oxunuş sayı: 32