Suriya Məkkə Birgə Müdafiə Sazişinə qoşulmağa hazırlaşır
Suriya Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın iştirak etdiyi Məkkə Birgə Müdafiə Sazişinə qoşulmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Associated Press” (AP) bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, iki suriyalı rəsmi Dəməşqin sazişə qoşulmaq barədə qərar verdiyini, lakin bu addımı hələ ictimaiyyətə açıqlamadığını bildirib. Regional rəsmilərdən biri isə bununla bağlı danışıqların davam etdiyini qeyd edib.
Beləliklə, Suriya, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın iştirak etdiyi müdafiə əməkdaşlığı formatına qoşula bilər. Lakin bu barədə hələlik rəsmi açıqlama verilməyib.
16:17 09.11.2026
Oxunuş sayı: 38